Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Şamaxıda etiraz aksiyası

Bu gün səhər saatlarında Şamaxıda etiraz aksiyası keçirilib.

Şamaxı rayonu, Böyük Xınıslı qəsəbəsinin sakinləri sosial problemlər və qəsəbəyə gedən yolların bərbad vəziyyətdə olmasına etiraz ediblər.

Qeyd edək ki, Böyük Xınıslı Şamaxının bir məhəlləsidir. Qəsəbə Şamaxının mərkəzindən 4 kilometr məsafədə yerləşir.

Aksiya ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra Hakimiyyətinin əməkdaşı aksiya ilə bağlı suala qəribə cavab verdi: “Şamaxılılar o qədər sakit, həzin həyat sürürlər ki... Aksiya keçirilmir, heç aksiya haqqında fikirləşən yoxdur. Hazırda narın-narın yağış yağır, əhalimiz firəvan həyat sürür. Yayılan xəbərlər yalandı, bu gözəl havadı, bu cür yaşayanlar aksiya edərlərmi?”./virtualaz/
790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)