Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Suriyada 40-a yaxın terrorçu məhv edilib - Foto

Kürdlərin “Xalq Müdafiə Bölmələri” (YPG) Suriyanın Həsəka əyalətinin Təll-Təmr qəsəbəsi ərazisində "İŞİD" hücumunu dəf edib və terrorçulara ağır zərbə endirib.

İnterAz-ın Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, kürdlərin YPG qüvvələri ilə yanaşı bölgədə yerləşən digər hərbi bölmələrin də iştirak etdiyi bu döyüşdə "İŞİD" terror təşkilatı təqribən 40 itki verərək geri çəkilməyə məcbur olub.

Məlumata görə, "İŞİD" bir kamikadze maşınını qarşı tərəfin mövqeyinə göndərmək istəyib, lakin maşın vurularaq elə öz mövqelərində partlayıb.

Suriyada şiddətli döyüşlər İdlibin strateji Cisr-Şuğur şəhəri və Livanla yerləşən əl-Qəlamun yüksəkliklərində də baş verib. Ordu və “Hizbullah” sözügedən hər iki bölgədə nisbi irəliləyiş əldə edə biliblər.



583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber