Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Yəməndə vəhabi cinayəti davam edir - 200 ölü və yaralı

Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmən paytaxtının şərqində Cəbəl-Nəqm bölgəsində ordunun silah anbarını və bölgədə yerləşən qan bankını vurub.

İnterAz-ın "al-Mayadeen"-ə istinadla verdiyi xəbərə görə, hava zərbələri nəticəsində baş verən partlayış Səudiyyənin Yəmənə təcavüzü başlanandan indiyə qədər ən şiddətli partlayış olub və partlayış dalğasının təsirindən bütün paytaxt silkələnib. Ətraf xəstəxanalara 200-ə yaxın ölü və yaralı çatdırılıb.

Bölgədə qan bankının vurulması səbəbindən paytaxt Sənada səhiyyə durumu daha da acınacaqlı vəziyyətə gəlib.

Ötən gün Səda əyalətinin Hidan bölgəsinə endirilən hava zərbələrində isə 15 nəfər həlak olub.

Husilərə yaxın qəbilələr Səudiyyənin cənubunda Aramko neft şirkətinə məxsus bir zavodu minaatanlardan hədəfə alıblar.

Səudiyyə 5 günlük atəşkəsin bərpasını bu gündən başlayaraq həyata keçirələcəyini bildirsə də, ötən gecə ərzində də Yəmənin müxtəlif bölgələrini bombalayıb.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı