Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Ya müharibə, ya şərəfsizlik

Qarabağ Azadlıq Təşkilatı erməni məktəbliləri və idmançılarının Bakıya səfər ehtimalı, həmçinin atəşkəsin növbəti ildönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir:
“Qarabağ Azadlıq Təşkilatı bu ilin iyul ayında Bakıda keçiriləcək kimya olimpiadasına erməni məktəblilərinin dəvət olunmasına qəti etiraz edir. İşğalçı Ermənistan rejiminin öz məkrli niyyətlərini həyata keçirmək üçün indi də məktəblilərdən istifadə etmək cəhdini erməni həyasızlığının son həddi kimi dəyərləndiririk. Xocalıda, Qaradağlıda, Meşəlidə, Ağdabanda azərbaycanlı uşaqları qətlə yetirən, uşaqları snayper gülləsi, bombalı oyuncaqlarla öldürən bu uşaq qatillərinin bu gün “uşaq diplomatiya”sını işə salmağa mənəvi haqqı yoxdur. İşğalçı, terrorçu, vəhşi ermənilərin “uşaq diplomatiyası” arxasında gizlənməsinə imkan verilməməlidir.
Biz erməni idmançılarının Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirakı ilə bağlı da öz mövqeyimizdə qalırıq. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi böyük hadisədir. Biz bu və ya digər beynəlxalq tədbirlərə ev sahibliyi etməyimizi alqışlayırıq. Lakin bu tədbirlərdə ermənilərin iştirakı yolverilməzdir. Bir daha bildiririk ki, istər “uşaq diplomatiyası”, istərsə “idman diplomatiyası” Ermənistanın işğalçı hərəkətlərinin ört-basdır edilməsi, işğal faktının unutdurulması üçün bir vasitədir.
Biz Azərbaycan hakimiyyətindən lüzumsuz, mənasız tolerantlıq, liberallıq jestlərinə son qoymağı, ermənilərin məkrli niyyətlərinə imkan verməməyi tələb edirik. Bu cür humanist hərəkətlərlə ermənilərin yumşalacağına, əsassız iddialarından imtina edəcəyinə, beynəlxalq təşkilatların ədalətli mövqe tutacağına inanmaq sadəlövhlük və özümüzü aldatmaqdan başqa bir şey deyil. Əksinə, hər bu cür jestimizdən sonra ermənilər daha da azğınlaşır, daha barışmaz mövqe tutur.
Azərbaycan hakimiyyəti, cəmiyyəti, Bakıda keçirilən tədbirlərin konkret təşkilatçıları beynəlxalq birliyi başa salmalıdırlar ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyinə, hələ də işğal altında saxladığına görə, bu işğalçı rejimin hər hansı bir nümayəndəsi bizdə keçirilən tədbirlərə qatıla bilməz. Bunun günahı Ermənistanın üzərinə düşür. Ermənistan işğalçı hərəkətləri ilə özünü Azərbaycanla düşmən vəziyyətinə gətirib və ümumiyyətlə, özünü bütün beynəlxalq hüquq normalarından kənarda qoyub. Biz bu həqiqətləri kar və kor beynəlxalq təşkilatların nəzərinə bir daha çatdırırıq. Beynəlxalq təşkilatlar, böyük güclər əgər doğrudan da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirlərsə, buna erməni nümayəndələrini zorla Azərbaycanda keçirilən tədbirlərə qatmaq yolu ilə deyil, Ermənistanı beynəlxalq hüquq müstəvisinə qaytarmaq, işğalçı hərəkətlərdən imtina etdirməklə nail olmaq olar.
Biz bir daha Azərbaycan hakimiyyətindən, beynəlxalq təşkilatlardan, tədbirlərin konkret təşkilatçılarından işğalçı Ermənistanın hər hansı nümayəndəsinin, o cümlədən “idmançı və məktəbli” adı altında gələn erməni emissarlarının Bakıdakı tədbirlərə qatılmasına imkan verməmələrini tələb edirik. Əks halda, biz onların gəlişi və tədbirlərdə iştirakını istənilən vasitələrlə əngəlləyəcək, onların dərhal rədd olub getmələrinə nail olacağıq. Baş verə biləcək bütün hadisələrin məsuliyyətini tədbirlərin təşkilatçıları daşıyır.
Biz bu bəyanatı Azərbaycan xalqının başını aşağı edən, şərəfsizlik dövrünü yaşadan, milli qürurumuza öldürücü zərbə endirən atəşkəs rejiminin növbəti ildönümü günündə qəbul edir və Azərbaycan hakimiyyətini bu şərəfsizliyə son qoymağa, dərhal hərbi əməliyyatları başlamağa çağırırıq. Torpaqlarımız Avropa Oyunları, “xalq diplomatiyası” oyunbazlıqları ilə deyil, silah gücünə azad olunacaq. Biz Azərbaycan hakimiyyətini qorxaqlıqda və cəsarətsizlikdə ittiham edirik. Əgər qorxaq deyillərsə, müharibəni başlasınlar. Biz bu gün münaqişənin “müharibə və ya sülh” yolu ilə həlli seçimi qarşısında deyil, “müharibə və ya şərəfsizlik” seçimi qarşısındayıq. Biz ya sərəfsizlik yolunu davam etdirməli, ya da müharibə yolunu seçməli, bir nəfər kimi hərbə qalxmalıyıq: ya hamımız qırılmalı, ya da torpaqlarımızı azad etməliyik! Başqa yol yoxdur!
Ya Qarabağ, ya ölüm!”/moderator/
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı