Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

İraq ordusu Səlahəddin vilayətini İŞİD-dən tamamilə azad etdi

İraqın Silahlı Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə Səlahəddin vilayətini tamamilə İŞİD terror qruplaşmasından azad ediblər.

Bədr təşkilatının baş katibi və İraqın xalq güclərinin komandiri Hadi əl-Ameri bundan əvvəl Səlahəddin vilayətində İŞİD terror qruplaşmasına qarşı anti-terror əməliyyatlarının keçirildiyini bildirmişdilər. Onların sözlərinə görə, İŞİD terror qruplaşmasına qarşı keçirilən anti-terror əməliyyatları nəticəsində , bu terror təşkilatını Səlahəddin vilayətindən tamamilə geri çəkilməyə məcbur olublar. Bununla yanaşı anti-terror əməliyyatları zamanı xeyli sayda terorçu məhv edilib.

"Səlahəddin vilayətində təhlükəsizlik tamamilə bərpa edilib. Bu vilayəti tərk etmək məcburiyyətində qalan ailələr yenidən öz evlərinə qayıdırlar", - deyə Əl-Ameri bildirib./deyerler/
437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...