Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Azərbaycanda İsrail səfirliyinin qarşısından keçmək cinayət sayılır

İsrailin Azərbaycandakı Səfirliyinin binası qarşısında saxlanılan İran vətəndaşı azadlığa buraxılıb

Bakıda həbsdə olan İran vətəndaşı Həsən Fərəci bu gün səhər azadlığa buraxılıb və İrana göndərilib, lakin İrana keçmək istəyərkən Biləsuvar və Astara sərhədlərində problemlə üzləşib. Bu barədə İran səfirliyinin Bakıdakı baş konsulu Möhsin Molayi bildirib.

M.Molayi bildirib ki, Biləsuvar sərhəd gömrük idarəsindən ona ölkədən çıxmaq üçün Dövlət Miqrasiya Xidmətindən sənədin olmamasını səbəb gətirib sənədi almaq üçün Lənkəran şəhərinə göndəriblər. Daha sonra Dövlət Miqrasiya Xidmətindən sənədi aldıqdan sonra İrana keçmək istəyərkən Astara sərhədindən ona bildiriblər ki, Bakıya qayıtmalı və özünü polis idarəsinə təqdim etməlidir.

Hazırda Fərəci Bakıya qayıdır.
M.Molayi bildirib ki, şənbə günü Fərəcinin probleminin həlli istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparacaq və tez bir zamanda məsələnin həllinə çalışacaq. Baş konsulun sözlərinə görə, Həsən Fərəcinin günahsızlığı sübut edildiyindən, azadlığa buraxılıb.
Qeyd edək ki, Həsən Fərəci oktyabrın 31-də İsrailin Azərbaycandakı Səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra H.Fərəci polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib.
2076 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber