Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Nəqliyyat müfəttişləri sürücünü yerə yıxdı, vətəndaşın telefonu sındırıldı

Nəqliyyat Departamentinin işçiləri metronun “20 Yanvar” stansiyası yaxınlığında 85 BX 774 nömrələri "Ford" markalı mikroavtobusun qarşısını kəsib və sürücünü zorla aşağı düşürüblər.

İnteraz-a bir az əvvəl daxil olan görüntülərdən məlum olur ki, bu zaman sürücünün halı pisləşib və o, yerə yıxılıb.

Ətrafdakı vətəndaşlar buna öz narazılığını bildiriblər. Amma bu azmış kimi nəqliyyat müfəttişləri görüntüləri lentə alan vətəndaşlara qarşı da kobud rəftar edərək, əllərindəki mobil telefonları alıb görüntüləri silməsini tələb ediblər. Vətəndaşlar bir neçə mobil telefonun sındırıldığını da bildiriblər.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb
16.10.17, 20:23