Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Lənkəranda seçicilər Hadı Rəcəblini tanımır

Aprel ayından etibarən start verdiyimiz “ Deputat və seçici ”adlı layihə uğurla davam edir
Layihə çərçivəsində komandamızla birgə paytaxtda , eləcə də bölgələrdə bir çox yerlərdə sorğumuzu həyata keçiririk . Bu dəfə BTV-nin yolu cənub bölgəsinə - Lənkəranadır.
Görək Lənkəran sakinləri 74 saylı Lənkəran kənd seçki dairəsindən seçdikləri millət vəkili Hadı Rəcəblini tanıyırmı?
Sorğumuzun nəticəsindən belə bəlli oldu ki , sakinlər Hadı Rəcəblini tanımır.
Sakinlərin səsləndirdiyi ittihamlara aydınlıq gətirmək məqsədilə Hadı Rəcəbli ilə əlaqə saxlamağa çalışdıq. İşlərinin çox olduğunu söyləyən millət vəkili bizə müsahibə verməkdən imtina etdi. O , bildirdi ki , bəzi informasiya agentlikləri istisna olmaqla , digər xəbər portallarına heç bir açıqlama vermir .
Xatırladaq ki , Hadı Rəcəbli 2010-cu ildə 83.78 səs faizi ilə 74 saylı Lənkəran kənd seçki dairəsindən millət vəkili seçilib. Onu da qeyd edək ki , millət vəkili parlamentdə səsləndirdiyi "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" və bənzər “unikal” fikirlərilə tez- tez gündəmdə olur./azerinews.tv/
726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16,