Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

PKK-dan Türkiyəyə savaş anonsu verildi

“AKP təkcə Suriyaya yox, İraqa hücumla bağlı da hərbi hazırlıqlar görür”.

Bu açıqlama ilə PKK terror təşkilatının İcra Komitəsinin üzvü Duran Qalxan çıxış edib. O, Türkiyənin müharibə hazırlıqları gördüyünü bildirib:

“Türkiyənin Suriya və İraqın müəyyən bölgələrinə hərbi müdaxilə ehtimalı var. Əgər Afrin (Suriyanın şəhəri) istiqamətində hücum olarsa, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə ediləcəyini bilirik”.

Duran Qalxan Türkiyə hökuməti ilə PKK arasında əldə edilmiş atəşkəs anlaşmasının sona çatdığını da bildirib:

“AKP və türk ordusu atəşkəs razılaşmasını pozdu. PKK 40 il ərzində necə müqavimət göstərmişdisə, bu gün də eyni gücə sahibdir. Hər kəs bunu bilsin”.

Qeyd edək ki, bir müddət öncə də Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Gürsəl Tekin Türkiyənin Suriyaya hücum edəcəyini bildirmişdi./axar/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi