Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Lənkəranda körpü uçdu

Lənkəran rayonunda magistral yolda körpü uçub.

Bu gün saat 20 radələrində Ələt-Astara magistral yolunun 184.5 kilometrliyində, rayonun Liman şəhəri ərazisindəki Boladıçay üzərində uzunluğu 50, eni 7 metr olan körpü uçub.

Məlumata görə, körpü üzərindən “Shacman” markalı yük maşını keçdikdən sonra uçub.

Hazırda nəqliyyat vasitələri alternativ Lənkəran-Boradigah, Boladi-Zövlə yollardan istifadə edirlər./apa/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber