Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

İrandan ABŞ və Səudiyyəyə xəbərdarlıq - Müharibə başlaya bilər

İran Silahlı Qüvvələri hər hansı dövlət tərəfindən humanitar yüklə Yəmənə yollanan gəmiyə hücum ediləcəyi təqdirdə həmin ölkəyə qarşı hərbi əməliyyatlara başlayacaq. TASS-ın verdiyi xəbərə görə, bu cür xəbərdarlıq ötən gün İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini briqada generalı Məsud Cəzayeri tərəfindən səsləndirilib.

“İranın Qızıl Xaç cəmiyyətinin Yəmən üçün nəzərdə tutulmuş humanitar yardımını aparan gəmiyə hücum bölgədə müharibəyə səbəb olacaq”, deyə Məsud Cəzayeri bildirib. Onun sözlərinə görə, bunun baş verəcəyi təqdirdə “müharibə alovunu söndürmək və ya nəzarətə almaq artıq mümkün olmayacaq”.

“ABŞ və Səudiyyə Ərəbistanı anlamalıdır ki İranın təmkinliyi hədsiz deyil”, deyə general əlavə edib.

Göyərtəsində humanitar yardım yükü və müxtəlif ölkələrdən həkimlərin və mülki mütəxəssislərin olduğu gəmi ötən gün İranın Fars körfəzindəki Bəndər Abbas limanından Yəmənin Qırmızı dənizdəki Hodeyda limanına yola düşüb.

Səudiyyə Ərəbistanı yükə baxış keçirmək niyyətində olduğunu bildirəndən sonra gəmi İranın hərbi gəmilərinin müşayiəti ilə hərəkətini davam etdirib./apa/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı