Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

FIFA-dan rasizmə qarşı yeni qərar

FIFA futbolda ayrı-seçkilik və irqçiliklə mübarizə üçün 2018-ci il dünya çempionatında bu kimi halları dərhal intizam komitəsinə çatdıracaq xüsusi müşahidəçi qruplar yaradıb. Qurumun futbolda irqçilik və rasizmə qarşı yönəlmiş yeni tədbirlər planı Londonda, məşhur “Uembli” stadionunda təqdim olunub.

Təqdimat tədbirində FIFA-nın işçi qrupunun üzvü, eks-hakim Hovard Uebb və “Mançester Siti”nin futbolçusu Yaya Ture də iştirak edib.

Plana görə, xüsusi hazırlanmış müşahidəçilər 2018-ci il dünya çempionatının seçmə oyunlarına təyin olunacaqlar və şahidi olduqları irqçi təcavüz hallarını 24 saat içində FIFA Nizam İntizam Komitəsinə məruzə edəcəklər.

Karyerası boyunca bir neçə dəfə rasizmə məruz qalan Yaya Ture Ali futbol qurumunun məsələni ciddiyə almasını və idmanın ruhuna qarşı olan davranışlardan ötrü sərt tədbirlər görməsini məmnuniyyətlə qarşıladığını bildirib.
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33