Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Üç partlayış 15 zəvvarın həyatına son qoydu

İraqın paytaxtı Bağdadda törədilən bir neçə partlayış nəticəsində 15 şiə zəvvarı şəhid olub. Bağdadın Kazimeyn rayonunda terrorçu-kamikadze özünü məscidin qarşısında partladıb. Nəticədə 10 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Şəhərin şərqində iki zəvvar yol kənarında quraşdırılmış minaya düşərək şəhid olub.

Daha bir partlayış Bağdadın şimalında qeydə alınıb. Partlayıcı qurğunun işə salınması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber