Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Nepalda ölənlərin sayı artır

Nepalda səkkiz min nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra ötən gün baş verən zəlzələdə də ölənlərin sayı artır.

Everest dağı yaxınlığında meydana gələn 7.3 bal gücündə zəlzələdən sonra ölənlərin sayının 50-ni keçdiyi, 1000-dən çox yaralı olduğu bildirilir.

Hindistanda isə ən az 17 nəfərin öldüyü barədə məlumat yayılıb.

Yeraltı təkanlar 75 bölgədən 31-də, hətta qonşu ölkə hindistanın paytaxtı Delhi və banqladeşin paytaxtı Dakkada da hiss olunub.

Qeyd edək ki, yeraltı təkanların gücü 7,3 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Katmandudan 70 km aralıda qeydə alınıb.
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber