Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Maşın sürmək qadağası şeytandan qoruyurmuş

Səudiyyə Ərəbistanında baş müfti Şeyx Əbdüləziz Bin Abdullah qadınların avtomobil sürməsinin qadağan olunmasının cəmiyyəti şeytandan qoruduğunu deyib.

Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, orada qadınların avtomobil sürməsi qadağandır. Keçən ay ən az 16 qadın qadağanı ciddiyə almadığına görə cəzalandırılıb. Baş müfti Şeyx Əbdüləziz isə “qadınlara avtomobil sürmək icazəsinin verilməsi cəmiyyətin ən böyük narahatlıqlarından biri olmamalıdır. Qadağa şərdən qorunmaq üçündür”-, deyib.

Baş müftinin sözləri gənc fəalların əvvəlki gün Daxili İşlər naziri Şahzadə Məhəmməd Bin Nayiflə görüşdükləri zaman Nayif onlara səlahiyyətlilərin qadağaya yenidən baxacağı deyib. Aziə Əl Yusif adlı fəal “bu hüququn bizə verilməsi üçün kralın sənədi təsdiqləyəcəyini güman edirik”-, deyib.
1988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41