Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Davam edir 37...

Xədicə Ismayılın daha iki qohumu işdən çıxarıldı
Qondarma ittihamlarla həbs olunan araşdırmaçı jurnalist Xədicə Ismayılın bacısının qohumlarının heç bir səbəb göstərilmədən bir-birinin ardınca işdən çıxarılması barədə xəbər vermişdik. Onun qaynının iki oğlu, bir baldızının qızı, birininsə oğlunun işdən çıxarıldığını yazmışdıq.
Dünən xəbər aldıq ki, repressiyalar davam edir və Xədicə xanımın bacısının daha iki qohumu işini itirib. Bu dəfə də işdən çıxarılmanın səbəbi izah edilməyib.
Ölkədə keçiriləcək Avropa Oyunları çoxlarını ümidləndirmişdi və onlar güman edirdi ki, sülh, barışıq amacıyla baş tutacaq bu oyunlar hakimiyyəti də müəyyən güzəştlərə getməyə məcbur edəcək. Bəziləri “böyük əfv” olacağını düşünür, qanunsuz, şərlənərək həbsə atılan curnalistlərin, siyasi fəalların, islamçıların, QHT-çilərin azadlığa çıxacağını güman edirdi. Ancaq əvəzində repressiya maşınının daha da işlək duruma gətirildiyinin şahidi oldular./azadlıq/
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber