Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Səudiyyə hökuməti Şeyx Baqir əl-Nimrin edam cəzasını təxirə salıb

Səudiyyə Ərəbistan krallığı kütləvi iğtişaşlara səbəb olmamaq üçün ölkə şiələrinin tanınmış din alimi Ayətullah şeyx Nimr Baqir əl-Nimrin edam cəzasını qeyri-müəyyən müddətək təxirə salıb.

İnterAz xəbər verir ki, bu barədə məlumatlı mənbə "Fars" agentliyinə açıqlamasında bildirib.

Məlumatda deyilir ki, Səudiyyə rəsmiləri din aliminin ailəsinə zəng vuraraq Şeyx Nimrin edam hökmünün təxirə salındığını bildiriblər. Telefon danışığında nüfuzlu ruhaninin ailəsinə may ayının 28-də ona baş çəkə biləcəkləri də bildirilib. Məlumata görə, Səudiyyə rəsmiləri edamın təxirə salınmasına baxmayaraq, hələ də, qüvvədə qaldığını vurğulayıblar.

Mənbənin sözlərinə görə, ölkədəki siyasi həbslər və Şeyx Baqir Nimrin edam qərarına etiraz məqsədilə kütləvi nümayişlərin keçiriləcəyi barədə xəbərdarlıqdan sonra rəsmi Riyad edam fikrindən vaz keçib. Belə ki, ötən gecə əl-Əvamiyyə rayonunda siyasi məhbuslara, xüsusilə Şeyx Baqir əl-Nimrə azadlıq tələbilə kütləvi etiraz aksiyaları planlaşdırılıbmış.

Qeyd edək ki, dünən kütləvi nümayişlər öncəsi Səudiyyə qüvvələri əl-Əvamiyyə şəhərində evlərə soxularaq 80 nəfəri həbs ediblər. Bəzi məlumatlara görə, təhlükəsizlik qüvvələri dinc sakinlərə atəş açıblar, bir neçə nəfər yaralanıb.

Ötən şənbə günü Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bir neçə insan haqları təşkilatı Şeyx Baqir Nimrin edamının bütün Səudiyyəni etiraz alovuna bürüyücəyi barədə xəbərdarlıq səsləndiriblər.
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı