Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Suriya ordusu İdlibi azad etməyə başladı

Türkiyə sərhədindən keçdiyi iddia olunan minlərlə terrorçu tərəfindən işğal edilən İdlib şəhərinin Cisr əş-Şuğur qəsəbəsində Suriya Ordusunun keçirdiyi əməliyyat nəticəsində qəsəbənin əsas hissələri terrorçulardan təmizlənib.

Əl-Aləm televiziya kanalı Suriya silahlı qüvvələrinin qəsəbənin mərkəzində bir sıra strateji məntəqəni terror qruplarından təmizləyərək nəzarət altına aldığını bildirib. Əməliyyatda yüzlərlə terrorçunun öldürüldüyü bildirilib.

"Cisr Əş-Şuğur qəsəbəsində Dövlət Xəstəxanasını müdafiə edən qəhrəman əsgərlərimiz ilə regiondakı digər ordu hissələrimizin xəstəxana ətrafında, eləcə də qəsəbənin cənub və şərq girişlərində onlarla terrorçunü öldürüb", - deyə Suriya ordusunun məlumatında deyilir.

Suriya ordusu bir neçə gündür ki, regiona ciddi qoşun cəlb etməkdədir və dünəndən etibarən əməliyyata başlayıb. Qısa müddət ərzində ilk növbədə Cisr Əş-Şuğurun, davamında isə İdlib şəhərinin terrorçulardan təmizlənəcəyi qeyd olunub.

Nusra Cəbhəsi terror təşkilatının rəhbərliyi altındakı qruplaşmaların Suriya ordusunun hücum və uğurları nəticəsində İdlibin mərkəzinə doğru çəkildiyi vurğulanır. Suriya ordusunun hazırki hədəfi isə İdlibdir./deyerler/
430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber