Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

“HƏMAS-ı məğlub etmək mümkün deyil” - Etiraf

Sionist İsrail rejiminin hərbi qüvvələrinin cənub komandirlərindən Sami Turgeman HƏMAS-ı məğlub etmələrinin qeyri-mümkün olduğunu bildirib.

Sionist İsrail rejiminin Yedioth Ahronot qəzetinə müsahibə verən Turgeman HƏMAS-ın güclü bir təşkilat olduğunu bildirərək Qəzzada hakimiyyətdə qalmasının sionist İsrail rejimi üçün də daha münasib olacağını bildirib.

Turgeman, İŞİD terror təşkilatı ilə HƏMAS hərəkatı arasında fərqlərin olduğu üçün HƏMAS-ın daha münasib olmasını hesab etdiyini açıqlayıb.

“HƏMAS, İŞİD kimi xalqa təzyiq edən, terror aktları həyata keçirən bir təşkilat deyil və hərəkat gücünü xalq dəstəyindən alır”, - deyə o etiraf edib.

HƏMAS-a qarşı sərt ittihamlar irəli sürən sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunu da tənqid edən Turgeman, HƏMAS-ın İŞİD-ə bənzədilməsinin səhv olduğunu deyib.

Sionist İsrail rejiminin komandiri HƏMAS-ın hərbi gücünü də təqdirəlayiq hesab etdiyini qeyd edərək onu asanlıqla məğlub etməyin mümkün olmadığını, HƏMAS-ın mühüm bir müdafiə gücünə malik olduğunu etiraf edib./deyerler/
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55