Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

"Messi Peleyə bənzəyir" – Qvardiola

"Futbolçularımı təbrik edirəm. Komandada bir sıra problemlər var idi. Ancaq futbolçularım mövsüm ərzində bacarıqlarını ortaya qoydular. Təbii ki, finala çıxmaq istəyirdik, ancaq alınmadı".

Bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında "Barselona"ya məğlub olduqları cavab oyunundan (3:2) sonra deyib.

İspaniyalı mütəxəssis Barselona"nın finalda oynamağa layiq olduğunu bildirib: "Barselona" həm müdafiədə, həm də hücumda güclü təsir bağışladı. Komanda fiziki cəhətdən də yaxşı formadadır. Finalda kiminlə oynamasından asılı olmayaraq, oyun möhtəşəm alınacaq. Yenə yarımfinalda dayandıq. Bu da bir uğurdur.

"Barselona"nı məğlub etmək olardı. Bunun üçün onları topsuz qoymaq lazım idi. Zədəli futbolçularım meydanda olsaydı, daha yaxşı oynaya bilərdik. Ancaq yenə də komandamın oyunundan razı qaldım. "Barselona"nı təbrik edirəm. Onlar finalda oynamağa layiq idi. "Barsa"nın 5-ci dəfə Çempionlar Liqasını qazanmasını arzulayıram. La Liqanı artıq qazanıblar. Messiyə gəlincə, o, yaxşı futbolçudur. O, Peleyə bənzəyir".

Qeyd edək ki, ümumi hesabda "Barselona"ya 3:5 hesabı ilə uduzan "Bavariya" yarımfinalda mübarizəni dayandırıb.
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24