Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Obamadan etiraf - Ədalətsizlik çoxalıb

“Son 40 ildə gəlir piramidasının ən altında qalan amerikalıların 90 faizinə düşən pay 65 faizdən 53 faizə qədər geriləyib”. Muxalifet.az-ın məlumatına görə, bu sözləri “Georgetown” universitetində keçirilən “Kasıblıqla mübarizə” mövzulu tədbirdə çıxış edən ABŞ prezidenti Barak Obama deyib. Obama ölkədə sosial və iqtisadi ədalətsizliyin çoxaldığını bildirib.
Keçmişdə ölkədə kasıblarla varlıların eyni məktəblərə, eyni parklara, eyni kilsələrə gedə bildiyini xatırladan Obama, çoxalan gəlir ədalətsizliyinin sosial dinamikləri də dəyişdirdiyini bildirib.
“Dünyada, zənginliyin müəyyən bir qrupda toplanmasına və bəzilərinin geridə qalmasına yol açacaq meyllər həmişə olub. Bizim iqtisadiyyatda isə, daha təhsilli, daha ixtisaslaşmış, daha şanslı və daha böyük imkanlara sahib bu insanlar xalqın digər hissəsindən ayrılır”.
519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11