Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Aydın Bəşirovu bitirəcək 50 milyonluq maxinasiya üzə çıxıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin inzibati binasının təmirinə 27 milyon manat silinib 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar on milyonlarla ölçülən maxinasiyaları üzə çıxarıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsi ilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib. 

Yoxlamalar zamanı bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Binanın təmiri adı ilə mənimsənilən məbləğin ayrılmış vəsaitin təxminən 80-90 faizini təşkil etməsi də gələn məlumatlar sırasındadır.


Bundan başqa A.Bəşirovun ikili mühasibatlıq aparması da üzə çıxıb. Məlum olub ki, gəmilər sənədlərdə göstərilən marşrutlar üzrə hərəkətdə olmayıblar. Çox ustalıqla həyata keçirilən ikili sənədləşmələrin varlığı gəmi kapitanları və ekipaj üzvlərinin sorğu-sualından sonra aydın olub. Həmin maxinasiyalardan A.Bəşirovun milyonlar qazanması şübhəsizdir.
Hazırda QSC-də ən çox müzakirəsi aparılan məsələlərdən biri də “Həzi Aslanov” və “Qafur Məmmədov” tankerlərinə ayrılan milyonlarla manat vəsaitlə bağlıdır.

Məlum olub ki, A.Bəşirov “Həzi Aslanov”u 9 il ərzində təmir adı “Zaqafqaziya Federasiyası” adına Gəmi təmiri zavodunda saxlayıb. Guya hər iki tankerdə ikinci dib adlanan yeni qatlar düzəldilməymiş. Bu illər ərzində təkcə “Həzi Aslanov”un təmirinə sənədlər üzərində 7 milyon manat vəsait xərcləndiyi qeyd edilib. Faktiki isə “Həzi Aslanov” tankeri bu illər ərzində daha da istifadəyə yararsız vəziyyətə düşüb. A.Bəşirovla ona yaxın kadr olan zavodun direktoru Bəxtiyar Rəhimov isə hər il hesabdan hesaba pul köçürüblər. “Qafur Məmmədov” tankerində də eyni kateqoriyaya aid təmir işləri adı ilə zavodda 5 il dayanıb. Bu illər ərzində təmirə sənədlər üzərində 5 milyon manat  ayrıldığı göstərilib. Amma işlər görülməyib, tanker sahildə dayanmaqdan korroziyaya uğrayıb.  Qurumun yeni sədri Rauf  Vəliyev hər iki tankerin vəziyyəti ilə maraqlanandan sonra gəmilərin istismara yararsız olduğunu söyləyib. Sonradan tankerlərin kəsilib metalloma verilməsini məqsədəuyğun hesab edib.


İllər uzunu Aydın Bəşirovun örtülü bazarı olmuş CASPAR-da yoxlamalar dekabrın 22-nə qədər davam edəcək. Bu yoxlamaların nəticəsi haqda yuxarılara təqdim edilmək üçün qovluqlar hazırlanır.

Qeyd edək ki, bu il oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqda sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib. Bu sərəncam Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər rəisi olan Aydın Bəşirovun tutduğu postun itirilməsinə səbəb olub.
Bundan sonra Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb.
Noyabrın ortalarında isə Almaniyaya getmək istəyən A.Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.
Bundan başqa, A. Bəşirovun üzərinə bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerinin Rusiya tərəfindən geri alınması öhdəliyi də qoyulacaq. Xatırladaq ki, Rusiya FTX-nin yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, tankerdə oğurluq neft olub. Rusiya tərəfi iddia edir ki, neft Rusiyanın “LUKoil” şirkəti tərəfindən Xəzər dənizinin Həştərxan şelfindən hasil olunub və Bakı-Novorossiysk kəməri ilə nəql olunmaq üçün nəzərdə tutulub. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tanker Mahaçqala dəniz limanına çəkilərək nəzarət altında saxlanılır. Heyət üzvləri də faktiki girov vəziyyətindədir. Tankerin saxlanılmasından sonra belə məlumatlar da vardı ki, Rusiya tərəfi tankerin və heyət üzvlərinin azad edilməsi üçün A.Bəşirovdan 5 milyon dollar tələb edir. A.Bəşirov isə bu məbləği ödəməkdən yayınırdı.
“Naftalan”ın saxlanılmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində neft oğurluğu faktına görə Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb. Mövzuya qayıdacağıq./musavat/
2036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07
Suriya rəs