Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Hakimiyyət Milli Şuranın növbəti mitinqinə imkan vermədi

Milli Şura mayın 24-nə növbəti mitinq təyin etdi

Milli Şuranın Koordinasiya Mərkəzi mayın 17-nə təyin olunan mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin cavabını müzakirə edib və müvafiq qərar verib. Koordinasiya Şurasından azadliq.info-ya verilən xəbərdə deyilir ki, qurum BŞİH-in mitinqi mayın 17-də yox, 16-da keçirməyə razılıq verməsini qanuna zidd sayır. Koordinasiya Şurası BŞİH-in bu cavabını 17 mayda mitinqin keçirilməsinə faktiki razılıq verməmək kimi qəbul edir. Koordinasiya Mərkəzi mitinqi Milli Şuranın elan etdiyi vaxtda keçirmək hüququnu vurğulayıb və razılıq verilmədiyi üçün 17 may mitinqini təxirə salıb. Qurum eyni zamanda növbəti mitinqin vaxtını da müəyyən edib. Növbəti mitinq mayın 24-nə təyin olunub. Koordinasiya Mərkəzi deyilən tarixdə mitinq üçün BŞİH-ə müraciət etməyi qərara alıb.

***

Demokratik Qüvvələrin Milli Şurasımnın mitinqinin mayın 17-də keçirilməsinə Bakı şəhər İcra Hakimiyyətinin icazə verməməsi qurum tərəfindən tənqidlə qarşılanıb.

Milli Şuranın sədri Cəmil Həsənli "Turan"ın bununla bağlı sorğusunda cavabda bildirib ki, son vaxtlar artıq ikinci dəfədir Bakı şəhər icra hakimiyyəti vətəndaşların sərbəst toplanmaq haqqında konstitusiyada təsbit olunmuş hüquqlarını və müvafiq qanunvericilik aktlarını kobud şəkildə pozur.

Milli Şura mayın 3-nə mitinq təyin etsədə, şəhər hakimiyyət orqanları həmin gün “Məhsul” stadionunda digər tədbir keçiriləcəyini bəhanə edərək Milli Şuranın mitinqinə bir gün qalmış mayın 2-nə mitinq keçirməyə icazə verdi. Halbuki, mətbuat orqanlarının qeyd edilən stadionda apardığı müşahidə nəticəsində bəlli oldu ki, mayın 3-də “Məhsul” stadionunda heç bir digər tədbir keçirilməmişdir. Deməli Milli Şuranın ayın 3-də mitinq keçirmək müraciətinə məqsədli şəkildə icazə verilməmiş və tədbirin kütləviliyinin qarşısını almaq üçün belə yollara əl atılmışdır”.

Həsənli deyib ki, mayın 3-də təyin edilmiş mitinqə icazə verilmədiyi üçün Milli Şura rəhbərliyi növbəti mitinqi mayın 17-si, istirahət gününə təyin edib, bu barədə 10 gün öncədən şəhər hakimiyyət orqanlarını xəbərdar edib və müvafiq hazırlıq işlərinə başlanılıb.

“Lakin dünən mayın 12-də Bakı şəhər İcra hakimiyyəti öz səlahiyyətlərini aşaraq müraciət edilən günə deyil, bir gün əvvələ, yəni mayın 16-na mitinq keçirməyə razılığını bildirib. Milli Şura olaraq biz mayın 16-na mitinq üçün müraciət etməmişik və ya onlardan xahiş etməmişik ki, uyğun bildiyiniz bir vaxtda Milli Şuraya mitinq keçirməyə icazə verəsiniz. Lakin heç bir səbəb göstərmədən şəhər icra hakimiyyəti mayın 17-si üçün edilən müraciətə məhəl qoymayıb və özbaşına Milli Şuranın əvəzinə istirahət gününə deyil, mayın 16-na, bir gün əvvələ mitinq keçirilməsinə razılıq verib. Halbuki, biz həmin tarixə mitinq keçirmək üçün müraciət etməmişik. Bakı şəhər icra hakimiyyəti bu qanunsuz əməli ilə vətəndaşların sərbəst toplanmaq hüququ haqqında respublika konstitusiyasını kobud şəkildə pozub və Milli Şuranın mayın 17-də planlaşdırdığı mitinqin keçirilməsinə icazə verməyib. Şübhəsiz ki, belə yanaşma Azərbaycan qanunlarına, insan haqlarına, sərbəst toplaşmaq azadlığına kökündən ziddir və respublika hökumətinin üzərinə aldığı beynəlxalq öhdəliklərə məhəl qoymamaq cəhdidir”, Milli Şura sədri bildirir.

O hesab edir ki, bütün bu qanunsuz cəhdlər Milli Şuranın keçirdiyi kütləvi tədbirlərdən hakimiyyət orqanlarının ciddi narahatçılığının ifadəsidir və şəhər hakimiyyət orqanlarının belə oyunlara əl atması Milli Şuranın təyin etdiyi mitinqin kütləviliyinin qarşısının alınmasına yönəlib.
***

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 17 may tarixinə təyin etdiyi “Talana son” mitinqi ilə bağlı müraciətə cavab verib. BŞİH nöbvəti dəfə təxribat törədərək mitinqin təyin olunan tarixdə keçirilməsinə raızlıq verilməyib. BŞİH cavab məktubunda mitinqin mayın 16-da keçirilməsinə razılıq verildiyini qeyd edib. Lakin bu, təşkilatçılarla razılaşdırılmadan edilib.
Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı BŞİH-in bu cavabını qanuna zidd adlandırıb və bununla bağlı məhkəməyə müraciət olunacağını deyib. F.Qəhrəmanlı bildirib ki, mitinqin mayın 16-da keçirilib-keçirilməyəcəyi Milli Şurada və AXCP-də aparılacaq müzakirələrdən sonra bəlli olacaq.
Lakin BŞİH-in təşkilatçılarla razılaşdırmadan aksiyanın vaxtını dəyişmək hüququ yoxdur. Milli Şura isə bütün hazırlıqlarını mayın 17-i üçün edib. Bu baxımdan mitinqin vaxtının dəyişməsi faktiki onun keçirilməsinə razılıq verilməməsi deməkdir.
“Bu hakimiyyətin Milli Şuranın mitinqlərindən qorxuya düşməsinin göstəricisidir. Hakimiyyət cəmiyyətdə fəallığın getdikcə artmasından və Milli Şuranın mitinqlərində daha kütləvi iştirak etməsindən narahatdır. Hesab edirik ki, hakimiyyət bu yolla ölkədə sərbəst toplaşmaq azadlığının qarşısını faktiki almış olur”, - deyə F.Qəhrəmanlı qeyd edib./azadlıq/
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16