Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

"Məkkə və Mədinədən başqa bütün şəhərlər hədəfimizdə olacaq"

Yəmən Silahlı Qüvvələri: "Məkkə və Mədinə şəhərlərindən başqa bütün Səudiyyə Ərəbistanı şəhərləri hədəfimizdə olacaq"

Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistana hücuma hazır vəziyyətdədir

Yəmən Silahlı Qüvvələri səfərbərlik elan etdiyini, Məkkə və Mədinədən başqa bütün Səudiyyə Ərəbistanı şəhərlərinə hücum üçün hazır olunduğunu bildirib.
Livanın Əl-Nashra xəbər agentliyi Yəməndə müvəqqəti atəşkəsin başlamasına saatlar qalmış və Yəmənə qarşı keçirilən hava hücumlarının artması səbəbilə Yəmən Silahlı Qüvvələrinin fövqəladə vəziyyət elan edərək hazır vəziyyətinə gətirildiyini qeyd edib.
Xəbərdə Yəmən Silahlı Qüvvələrinin verdiyi bəyənatda ölkənin silahlı qüvvələrinin bütün imkanları ilə Səudiyyənin son günlərdə həyata keçirdiyi güclü hava hücumlarına cavab verməyə hazır olduğunu vurğulanıb.
Yəmən Silahlı Qüvvələrin bəyanatında Məkkə və Mədinə şəhərlərindən başqa bütün Səudiyyə Ərəbistanı yaşayış məntəqələrinin Yəmən Silahlı Qüvvələrinin hədəfində olacağı vurğulanıb./deyerler/
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat