Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

Şeyx əl-Nimirin edamı Ali-Səudun şiələrə qarşı aşkar ədavətini göstərir!

İraq parlamentinin Riyaza xəbərdarlığı: Şeyx əl-Nimirin edamı Ali-Səudun şiələrə qarşı aşkar ədavətini göstərir!

Nur-az.com shia-news.com-a istinadən:
İraq parlamenti xarici rabitələr palatasının üzvü cənab Hilal əl-Səhlani Ali-Səud tərəfindən şeyx əl-Nimirə kəsilən edam hökmünü şiələrə qarşı açıq ədavət adlandırıb. O, deyib ki, bizim xarici işlər nazirliyi tərəfindən Ərəbistana bu məsələ barədə qəti hökm verməzdən qabaq ciddi götür-qoy etməyə dair lazımi təklif və tövsiyələr verilib. Çünki bu şəxs hal-hazırda şiələr arasında böyük hörmət sahibi, ülgü sayılır. Ərəbistan tərəfindən verilən rəsmi bəyanata görə, şeyx əl-Nimir İmam Kazım (ə)-ın şəhadət gününə təsadüf edən rəcəb ayının 25-i edam ediləcək. Onun edamı məntəqədə böhranı bir az da, artıracaq.
Dünən elə bu məqsədlə əksəriyyəti şiələrdən ibarət əl-Şərqiyyə rayonunda baş qaldıran etiraz aksiyaları Ərəbistanın təhlükəsizlik məmurları tərəfindən ciddi müqavimətlə qarşılanıb və bir çox iştirakçılar həbs edilib.
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03