Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

“Nüvə obyektləri ləğv edilməyəcək”

Həsən Ruhani: “Nüvə obyektləri ləğv edilməyəcək”

İran prezidenti Həsən Ruhani bu ölkənin nüvə obyektlərinin ləğvi ehtimalını istisna edib. Musavat.com-un “Financial Times”ə istinadən verdiyi məlumata görə, bununla belə, Həsən Ruhani ABŞ-la münasibətlərin düzələcəyinə ümid edir.

“100 faiz yox”, - Həsən Ruhani nəşrə müsahibəsində Tehranın nüvə obyektlərinin ləğvinin mümkünlüyü barədə suala cavabında deyib. İran prezidenti bəyan edib ki, İranın hərbi strategiyası nüvə silahı əldə etməyi nəzərdə tutmur. Onun sözlərinə görə, İran uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirmək niyyətindədir.

“İran və ABŞ arasında problemlər çox çətindir və qısa vaxt ərzində həll oluna bilməz. Çətinliklərə baxmayaraq, son 100 gün ərzində müəyyən aydınlıq yaranıb”, - Həsən Ruhani “Financial Times”ə müsahibəsində deyib.
1944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<