Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2015

AİP İmam Museyi Kazimın (ə.s) şəhadətini andı

Bu gun Azərbaycan İslam Partiyasının (AİP) təşəbbüsü ilə İmam Museyi Kazım (ə) şəhadəti münasibətilə "Mədinə gül" restoranında mərasim keçirilib.

Mərasimdə Azərbaycanın ictimai-siyasi xadimləri, ruhani alimlər və inanclı kəsim iştirak edir.

Müqəddəs Qurani-Kərimin Zumər surəsinin ayələri tilavət olundu.

İlk növbədə AİP sədr əvəzi Elçin Manafov mərasimə gələn qonaqlara bu kədərli gün münasibətilə başsağlığı verdi. O, 7-ci imamın ən çox məhbus həyatı yaşamasını xatırladaraq, bu böyük şəxsiyyətin məhz həbsxanada dünyasını dəyişməsini xatırlatdı.

Hazırda həbxsana həyatı yaşayan yüzlərlə inanclı insanların və hicab məhbuslarının azadlığını arzu etdi. Elçin Manafov Şeyx Nimr kimi böyük alimə qarşı zalım bir hökmün ləğv olunması üçün dua etdi.

Höccətül İslam vəl muslimin Hacı Sərdar Hacıhəsənli çıxışında, imam Museyi-Kazimin həyatına toxundu.

Onun 35 il imamət məqamını, zəmanəsində məruz qaldığı haqsızlıqları xatırlatdı:

“Onu həbs edənlər bilirdi kimi həbs edirlər. Harun ər-Rəşid imamı oruc halında həbs etdi. İmamın həbsxanaları tez-tez dəyişdirilirdi. Hər dəfə də vəziyyətini çətinləşdirirdilər.

Sonda hakimiyyət onun yoxluğuna qərar verdi. Bütün bunlar onun cinayətinə görə deyildi.

Onun yeganə günahı varlığı idi. Çünki zalım və fəsad arasında bu pak varlıq, peyğəmbər(s) ailəsinin nümayəndəsi bir maneə idi. O, paklıq və ləyaqət nümunəsi idi. Çünki bu insanın varlığı xalqın gözünün açılmasına səbəb olacaqdı. İmam həbsxanada Rəcəb ayında, oruc ağızla şəhid edildi. İmam deyirdi ki bir mömin dünyadan gedərsə göyün və yerin mələkləri ona ağlar”.

Mərasimə qatılan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu kimi mərasimlərin böyük tərbiyəvi əhəmiyyətini qeyd etdi.

O, bu günki gündə Harun Rəşidlərin sağ olduğunu və Şeyx Nimr kimi bir din aliminə həbsxanada ölüm hökmü verilməsini o dövrün tarixinin davamı adlandırdı.

Tədbirin digər iştirakçısı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı haqq yolunda həbsxanada yaşayan insanların bu ideyaları yaşatmaq uğrunda mübarizəsini yüksək qiymətləndirdi. O, biganəliyi insanların ən böyük faciəsi adlandırdı:

“Bu gün islam dünyası hədəfə alınıb. Dünyanın sağlam qütbü qüdrətləri qane etmir. Müsəlman dünyasında birlik olsa onun çox problemləri həll olar”.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri İlqar İbrahimoğlu bu müqəddəs ayın fəzilətlərinə toxundu. O, dünyada baş verən hadisələrə toxundu.

İraq, Suriya, Yəmən kimi münaqişələrdə Allaha bağlanaraq, müsəlmanların böyük qələbələr əldə etməsinin fürsətin zamanının artıq gəldiyini bildirdi:

“Xoş olsun daha yeni şəhidlərə. İmamlarımızın toplumların gözün açma qabiliyyətləri var. Ona görə bu insanlar daim zülmlərə məruz qalıb.

İmam buyurub: “O, kəsin iki günü eyni olar, nöqsandadır. O, insanın ölümü həyatından daha üstündür”.

İ.İbrahimoğlu bu hədisin həm də ictimai fəaliyyətlərə də aid olduğunu vurğuladı./İslaminsesi/
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın