Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Nüsrə Cəbhəsi məğlub oldu

Suriya hərbi qüvvələri Qələmun regionunda əl-Qaidə qruplaşmasının bir qolu olan Nüsrə Cəbhəsinə qarşı irimiqyaslı əməliyyatlar keçirib.

Əməliyyatlara, eyni zamanda, Hizbullah əsgərləri də dəstək olublar. Hərbi qüvvələr iriçaplı silahlarla Nüsrə Cəbhəsinin mövqelərini atəşə tutublar. Əsasən, Musa Təpəliyi uğrunda ciddi döyüşlər gedib. Rəsmi Dəməşq əməliyyatların uğurla nəticələndiyini və bölgənin silahlılardan təmizləndiyini bildirib.

Musa Təpəliyi adlanan bölgə strateji cəhətdən vacib mövqe hesab olunur. Hökumət qüvvələri bu bölgə üzərində nəzarəti bərpa etməklə atış məsafəsində üstünlüyü ələ aldıqlarını bildiriblər.

Hərbi rəhbərlik buradan silahlıların yaratdığı bütün sipərləri məhv edəcəklərini qeyd ediblər.

Musa Təpəliyinin geri alınması Suriya ordusunun silahlılar üzərində uzun müddətdən sonra ilk uğurudur. Hökumət qüvvələri sonuncu dəfə İdlib və Dəraa vilayətlərində gedən döyüşlərdə silahlılara məğlub olmuşdu./ans/
679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber