Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Prezident ölkəsinə girə bilmədi

Burundidə hərbi çevriliş baş verib.

Tanzaniyada səfərdə olan Burundi prezidenti Pier Nkurinziza ölkəsinə qayıtmaq istəyərkən onun təyyarəsinin enməsinə icazə verilməyib. Bu barədə "AA"ya Tanzaniya hökuməti sözçüsü Assah Mvamben açıqlama verib.

“Burundi prezidenti Pier Nkurinzizanın ölkəsində təyyarə ilə hava zonasına girişi qadağan edilib. Bu səbəblə də o Darüssəlama geri qayıtmalı olub”, – deyə Assah Mvamben bildirib.

Burundidəki böhranın həll yollarını müzakirə etmək məqsədilə təşkil edilən Şərqi Afrika Ölkələri Sammiti üçün Tanzaniyaya gedən Pier Nkurinziza ölkəsində hərbi şevrilişin olduğu xəbərini eşitdiyi üçün qayıtmalı olub. Lakin hərbi qərargah rəisi Qudfroyd Niyombare onun qayıtmağına mane olmaq üçün ölkə sərhədlərini və patyaxt Mujumbura hava limanında uçuşları dayandırıb.
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14