Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Yanukoviçə qarşı 100 min imza

Ağ Evin saytında bu mövzu ilə bağlı “Sülh yolu ilə hakimiyyəti devirməkdə Ukrayna xalqına kömək etmək” başlıqlı müraciət də dərc olunub

Dünya Ukrayna prezidenti Viktor Yanukoviçə və onun Nazirlər Kabinetinin üzvlərinə qarşı sanksiya tətbiq etmək üçün hazırlanan və Ağ Evin saytında bu həftənin 2-ci günü yayımlanan petisiya üçün artıq 100 min imza toplayıb. Ans-in “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan sonrakı addım Ağ Evin 30 gün ərzində bu petisiyaya cavab verməsidir.

Ancaq təcrübə göstərir ki, Ağ Ev hazırlanan hər petisiyanı müzakirə etməyə və onun tələblərini yerinə yetirməyə borclu deyil. Ağ Evin saytında bu mövzu ilə bağlı “Sülh yolu ilə hakimiyyəti devirməkdə Ukrayna xalqına kömək etmək” başlıqlı müraciət də dərc olunub.

Xatırladaq ki, ötən həftə Ukrayna hökuməti Avropa Birliyi ilə imzalanması gözlənilən Assosiativ sazişindən imtina etmişdi. Nazirlər Kabineti bunu özünün əsas tərəfdaşaları olan Rusiya və MDB ölkələri ilə ticarət dövriyyəsinin aşağı düşməsilə əlaqələndirib. Yanukoviçin və Nazirlər Kabinetinin bu addımı ölkənin müxtəlif şəhərlərində geniş etirazlara səbəb oldu və ölkə vətəndaşları “narıncı inqilab”da olduğu kimi küçələrə axışdı.
2010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17