Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Hakimiyyət növbəti dəfə özünü gülüş hədəfinə çevirdi

Avropa Parlamentində “Bakı oyunları: Insan haqları uğrunda mübarizə” adlı tədbir Azərbaycan hakimiyyətini hiddətləndirib. Qeyd edək ki, bu tədbirdə avropalı deputatlar Azərbaycan hakimiyyətini Avropa Oyunları başlayana qədər siyasi dustaqları azad etməyə çağırıb. Bundan başqa onlar Avropa liderlərini Oyunların 12 iyunda keçiriləcək açılış mərasiminə getməməyə çağırış ediblər.

Azərbaycan hakimiyyəti isə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdənsə dünən Milli Məclisdə bu tədbirlə bağlı dinləmələr təşkil edib. Avropa Parlamentində keçirilən tədbir “qarayaxma kampaniyası” kimi qiymətləndirilib. YAP-çı deputatlar, hökumətyönlü medianın rəhbərləri, iqtidarın nəzarətində olan QHT-lər Avropa Parlamentini topa tutublar. Hətta vitse-spiker Valeh Əsgərov avropalı deputatları təhqir etməkdən belə çəkinməyib. “Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər”,- deyə o bildirib.
Deputat Asim Mollazadə isə vurğulayıb ki, xarici mediada Azərbaycana qarşı 4500-ə yaxın məqalə yazılıb: “Bunlar təkcə insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək üçün nə imkanları varsa, ondan istifadə edirlər”.
Deputat Məlahət Ibrahimqızı bildirib ki, Avropada neçə müddətdir ki, korrupsiya faktlarından yazırlar: “Dünən isə Avropa Parlamentində aparılan dinləmələrdə Ermənistanla bağlı heç bir fikir demədilər. 100 ildir ki, ermənilərə qondarma “soyqırım” kampaniyasını aparmağa şərait yaradıblar”.
Beləliklə, hakimiyyət bu dinləmələrlə özünü növbəti dəfə gülüş hədəfinə çevirib./azadlıq/
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...