Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Böyrəküstü vəzilərin çoxsaylı funksiyaları

İnsan orqanizmi çox mürəkkəb strukturdur. Məhz bu səbəbdən insan orqanizmi bu vaxta kimi bir çox sirrlər gizlədir. Böyrəküstü vəzi belə sirli orqanlardan biridir.

Bu orqan tibbdə hələ ki tam öyrənilməyib.

Böyrəküstü vəzi kiçik cüt orqandır. Bu orqan endokrin sisteminə aiddir. Böyrəküstü vəzilər həqiqətən böyrəklərin üstündə yerləşir, lakin onlar böyrəklərlə bağlı deyil. Böyrəküstü vəziləri bioloji aktiv maddələri - hormonları - sintez edir və qana buraxır. Bu hormonlar orqanizmin bir çox funksiyalarında iştirak edir.

Böyrəküstü vəziləri tərəfindən ifraz olunan hormonlar orqanizmdə su-duz balansının tənzimlənməsində iştirak edir. Normal su-duz balansı insanın sağlamlığı və orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu balans pozulduqda insanda arterial təzyiqinin artması, ödemlər, ürəkdə pozulmalar müşahidə olunur.

- Böyrəküstü vəziləri hormonlarının köməyi ilə biz müxtəlif streslərə (fiziki - isti, soyuq və s., psixiki və s.) tab gətirə bilirik.

- Böyrəküstü vəziləri tərəfindən sintez olunan kortikosteron və kortizol hormonları orqanizmdə gedən bütün mübadilə proseslərdə iştirak edir. Məhz bu səbəbdən bəzən insanlarda bədən çəkisinin "səbəbsiz olaraq" artması böyrəküstü vəzilərin fəaliyyətinin pozulmasından xəbər verə bilər.

- Böyrəküstü vəziləri hormonları ürək-damar, sinir sistemi və böyrəklərin fəaliyyətində iştirak edir.

- Bu hormonlar immun sisteminin fəaliyyətinə də böyük təsir edir. Az miqdarlarda ifraz olunduqda bu hormonlar immun cavabını gücləndirir.

Lakin çoxlu miqdarda ifraz olunduqda bu hormonlar əksinə immun sisteminin fəaliyyətini tormozlayır. Belə ki, əgər immun sistemi orqanizmə düşən hər hansı adi maddəyə (dərman, qida və s.) lazım olandan daha artıq reaksiya verirsə (buna allergiya deyilir), böyrəküstü vəzi hormonları bu reaksiyanı neytrallaşdırır. Bu səbəbdən böyrəküstü vəzilərin hormonlarının sintetik analoqları allergik xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

Böyrəküstü vəzilərin hormonları orqanizmə şokəleyhinə təsir edir. Bu səbəbdən prednizolon, deksametazon və s. kimi böyrəküstü vəzilərin hormonlarının sintetik analoqları müxtəlif şokun (travmadan, yanıqdan, zəhərlənmədən və s. sonra) aradan qaldırılması və profilaktikası üçün geniş istifadə olunur.

- Böyrəküstü vəziləri həmçinin androgen hormonları sintez edir. Androgen hormonları kişi hormonlarıdır. Bu hormonlar kişi orqanizmində daha çox miqdarda sintez olunur. Lakin bu hormonlar az miqdarlarda olsa da qadın orqanizmində də var. Əgər qadın orqanizmində bu hormonun miqdarı çox olarsa, qadında həddən artıq tüklənmə, bədən quruluşunun dəyişilməsi (kişi bədən quruluşuna oxşamağa başlayır), menstrual funksiyasının pozulması, sonsuzluq kimi pozulmalar inkişaf edir.

- Böyrəküstü vəzilərin hormonları orqanizmdə iltihabları azaldır, toxumaların zədələnməsinin qarşısını alır. Bu səbəbdən bu hormonların sintetik analoqları müxtəlif iltihabların, infeksion və digər xəstəliklərin (revmatizm, artrit, astma, infeksion mononukleoz, neyrodermit, ekzema və digər dəri xəstəlikləri) müalicəsində istifadə olunur.

- Böyrəküstü vəziləri tərəfindən sintez olunan adrenalin və noradreanlin hormonları bizə təhlükə, stress vəziyyətlərdən çıxmağa kömək edir. Məhz bu hormonların təsirindən stress zamanı insanın nəbzi və nəfəsalaması sürətlənir, dəri örtükləri solur (qan dəridən vacib orqanlara axır), göz bəbəkləri genişlənir, sinin sisteminin fəaliyyəti güclənir və s. Beləliklə, insan dalaşmağa və ya əksinə qaçmağa hazır olur. Stress keçəndən sonra bütün göstəricilər normaya düşür./sağlamolun/

722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber