Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Cəlilabadda İmam Museyi-Kazimin (ə) şəhadəti anılıb

Cəlilabad , 14 may, SalamNews, R.Məlik. Cəlilabad rayon Cümə məscidində 7-ci imam Museyi-Kazimin (ə) şəhadət günü qeyd edilib.

Mərasimə rayon dindarları ilə yanaşı Bakıdan gəlmiş qonaqlar da qatılıb.

Çıxış edən Eldayaq Hüseynov imamın həyatı barədə məlumat verib. Bildirilib ki, yüksək mənəvi keyfiyyətlərə sahib olan İmam daim məzlumların, yoxsulların yanında olub, onların qayğısın çəkib. Gəlirlərini daim kasıblara paylayan İmam Museyi Kazim(ə) lazım olduqda düşmənlərini öz yüksək əxlaqı ilə utandırmaqla onları ram edib.

Mərasimdə mərsiyyələr oxunub, dualar edilib.

Qeyd edək ki, imamlıq müddəti 35 il olan İmam Museyi-Kazim (ə) Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edilib./SalamNews/
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat