Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Musavat tikə-tikə olur

Müsavatdan daha 55 nəfər istefa verdi - SİYAHI

Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü bəyanat yayıb.

Bəyanatda deyilir: "Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.

Partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk".

Bəyanatı ümumilikdə 55 nəfər imzalayıb. Lakin onlardan 15-i adının açıqlanmasını istəməyib. Bəyanatı imzalayan 40 nəfərin siyahısı isə belədir:


Vidadi Hüseynov - Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü
Yaşar Ağabəyov - Şura üzvü
Fəxrəddin Ağayev - üzv
Zahidə Ağabəyova - üzv
Tofiq Süleymanlı - Şura üzvü
Tahir Süleymanov - Şura üzvü
Fərrux Seyidov - Şura üzvü
Yaşar Tağıyev - üzv
Fəxrəddin Rəhimov - üzv
İlqar Məmmədov - üzv
Vüqar Məmmədov - üzv
Sahib Məmmədov - Şura üzvü
Bəkir Qasımov - üzv
Səxavət Hüseynov - üzv
Fikrət Zeynalov - üzv
Məcid Nəcəfov - üzv
Ümid Mirzəyev - Şura üzvü
Zahid Məmmədov - üzv
Ramil Məmmədov - üzv
Qərənfil Şiriyeva - üzv
Zərifə Qulamova - Şura üzvü
Gülüş Həsənova - üzv
Aydın Novruzov - üzv
Elnur Novruzov - üzv
Musa İsmayılov - üzv
Aqil Qazi - üzv
Anar Hacıyev - üzv
Adil Məmmədov - üzv
Mövlud Məmmədov - üzv
Akif Həsənov - üzv
Zülfüqar Həsənov - üzv
Vüqar Qayıbov - üzv
Əkbər Məmmədov - üzv
İlham Cəfərov - üzv
Salam Qasımov - üzv
Qasım Əbdülrəhimov - üzv
Asif Məmmədov - üzv
Mahmud Şıxzadayev - üzv
Hidayət Əliyev - üzv
Fərhad Məmmədov - üzv

/apa/
723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23