Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Şəkili qadın həşərat dərmanı içdi

Bu gecə saat 01 radələrində Şəkidə 48 yaşlı qadın yaxınlarına həyəcanlı anlar yaşadıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Şəki şəhəri Emin Sabitoğlu küçəsi ev 3 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Azadə Əhməd qızı Dadaşova özünü öldürmək üçün həşərat dərmanı içib.

Qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Qadın xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Sonradan qadın müalicə edilmək üçün evə buraxılıb./ans/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber