Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Ermənistandan Qarabağa 114 kilometrlik ikinci yol çəkilir

Ermənistanın Vardenis şəhərindən Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna çəkilən yol 2014-cü ildə istifadəyə veriləcək.

Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikası Qeqarkunik vilayətinin qubernatoru Rafik Qriqoryan deyib. Onun sözlərinə görə, yolun istifadəyə verilməsi gələn ilə nəzərdə tutulsa da, çətin coğrafi şəraitə görə layihənin gerçəkləşməsi ləngiyir.

Xatırladaq ki, ümumilikdə 30 milyon dollar vəsait tələb edən yolun çəkilişi Ermənistanın Vardenis şəhəri ilə Kəlbəcərdən keçməklə Qarabağın Ağdərə rayonlarını birləşdirəcək.

114 kilometrlik yolun maliyyələşməsini Ermənistan hökuməti və erməni diasporu öz üzərinə götürüb.

Bu işdə canfəşanlıq edəb ”Hayastan” Fondunun icraçı direktoru Ara Vardanyan bildirib ki, Ermənistanı Qarabağla birləşdirəcək yeni Vardenis-Ağdərə yolu vasitəsilə İrəvandan Xankəndinə 3 saata çatmaq mümkün olacaq.

Xatırladaq ki, “Hayastan” Fondu 1992-ci ildə yaradılıb. Fond hər il Amerikanın Los-Anceles şəhərində xeyriyyə marafonu təşkil edir. Əldə edilən vəsaitlər isə Ermənistan və işğal olunmuş Qarabağdakı infrastruktur layihələrinə sərf edilir. 1992-ci ildən bu yana fond 250 milyon dollar vəsaiti bu məqsədlə istifadə edib.
1870 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber