Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

“Azercell”də 7 qəpik fırıldağı

Abonentlər kütləvi şəkildə operatordan imtina edir

“Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb.

Abonentlər “sim” kartdan imtina edərək başqa mobil operatorlara üstünlük verirlər. Hərçənd, digər mobil operatorlar da qənaətbəxş sayılmaz.
Sadəcə, “Azercell”in bahalığı və peşəkar maxinasiya oyunları, vətəndaşa qarşı fırıldağı şirkətin nüfuzunu aşağı salıb. Çünki ölkədə ən bahalı telefon danışığı mobil operatorluğunu Azercell həyata keçirilir.
Dünyanın heç bir yerində 1 dəqiqəsi 7 qəpiyə danışıq tarifi yoxdur. Hazırda Azercelldən digər operatorlara çıxış 1 dəqiqəsi 14 qəpiyə başa gəlir. Bunun isə bir adı var - “mədəni soyğunçuluq”.
Digər tərəfdən, şəbəkədaxili 47, 49, 51, 53, 57 saniyə danışığa abunəçilərdən yuvarlaq olaraq 7 qəpik çıxılır. 22-23 saniyə şəbəkədaxili danışarkən 4 qəpik çıxılır. Bu kimi hallar yavaş-yavaş abunəçilər tərəfindən haqlı narazılığa səbəb olur, onlar digər operatorlara üz tutur.
Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür.
Hər dəfə nazirlik sözlə kifayətlənir. Azercell dövlət qulluqçularına 1 dəqiqəsi 3 qəpiyə olan danışığı reallaşdırıb.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov ötən il mətbuata açıqlamasında etiraf etdi ki, mobil operatorların vətəndaşları aldatdığını üzə çıxarıblar. Hətta qabağa gedərək “Gördük, mobil operatorlar vətəndaşlarımızı aldadır” fikrini söyləməklə açıq mesaj verdi.
Digər bir problemli məsələ isə abunəçilərə göndərilən SMS-lərin qanunvericilik daxilində tənzimlənməməsidir. Hər gün Azercell tərəfindən 8228-dən 6 milyona yaxın abunəçisinə təhrikedici, həm də xahiş dolu nidalar basılmağa başlanır.
Azercell məlumat yaydı ki, bezdirici SMS-lərin qarşısı alınacaq. Abunəçi 9005 nömrəsinə “stop” və ya “boş sms” göndərməklə bunun qarşısını alacaq. Buradan isə bir daha aydın olur ki, abunəçilərə göndərilən bezdirici SMS-lər tənzimlənə bilərmiş. Çünki SMS-lərin bezdirici olduğunu şirkət olaraq özləri də inkar etmirlər./tia/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi