Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Kastro: “Rusiya və Çin bəşəriyyəti qoruyan qalxandır”

Kuba inqilabının öndərlərindən olan Fidel Kastro faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə yazdığı məqalədə Rusiya və Çini “sülh və qlobal təhlükəsizliyin böyük qalxanı” adlandırıb.

Fidel Kastronun yazısı Rusiya və Çinin Aralıq dənizində ortaq hərbi manevr təşkil etdiyi məqamda yayımlanıb.

Yazıda Kastro belə fikir səsləndirib: “Rusiya və Çin xalqları arasından yüksək səviyyəli elm, güclü ordu və cəsur hərbi əlaqələrə söykənən dərin ittifaq insanlığın davam etməsini zəmanət altına ala biləcək gücdədir”.

Yazının sonunda da Kastro SSRİ-ni tərifləyərək bu sözləri deyib: “İkinci Dünya müharibəsində əldə edilən zəfərin 70-ci ildönümü münasibəti ilə heç vaxt ruhdan düşməyən qəhrəman Sovet insanlarına bəslədiyim dərin hörməti ifadə etmək istəyirəm. Müharibədə ölən 20 milyondan çox Sovet vətəndaşı canlarını insanlıq uğrunda fəda edib”.
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP