Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Suriyadan İngiltərəyə şəkilli cavab - Foto

Suriyanın rəsmi xəbər agentliyi SANA Britaniyanın “Teleqraf” (“Telegraph”) qəzetində yayımlanan xəbərə bir fotoşəkil ilə cavab verib.

Agentlik ingilis qəzetində dərc olunan və “Kəşfiyyat təşkilatının başçısı Əli Məmlük Türkiyə kəşfiyyatıyla əlbir olaraq çevrilişə cəhd göstərdiyindən ev dustağıdır” başlıqlı xəbərə cavab olaraq Məmlükün Bəşər Əsədlə birgə çəkilmiş şəkilini yayımlayıb.

Agentliyin iddiasına görə, dövlət başçısının İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi ilə keçirilən görüşündə Məmlük Əsədin sağında oturub.

Bundan başqa, Məmlükün İran səlahiyyətliləri ilə görüşdə görünməsi ingilis dərgisinin digər iddialarını da şübhə altına salıb. Nüfuzlu qəzetdə Məmlükün İranın Suriyada artan təsirindən narahat olduğu deyilirdi./axar/

593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber