Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

İŞİD intihar əməliyyatlarında yezidi kürd uşaqlarından istifadə edir!

Nur-az.com shia-news.com-a istinadən:
İraq Kürdüstan vilayətinin itkin düşənlər üzrə qeydiyyat komitəsinin katibi Hüseyn Qaidi bildirib ki, İŞİD Suriyanın əl-Riqqə şəhərində təsis etdiyi xüsusi mərkəzlərə valideynlərindən zorla ayırdıqları uşaqları cəlb edərək orada onlara hərbi və intihar əməliyyatlarına dair təlimlər verir. Onlar uşaqların din və əqidələrini dəyişdirməklə beyinlərini istədikləri məqsədlər uğrunda hazırlamaqla məşğuldurlar. Faktların aydın və hətta beynəlxalq cəmiyyət və orqanların xəbərdar olmasına baxmayaraq hələlik bu uşaqların taleyi barədə heç bir ciddi tədbir hissi müşahidə olunmur.
Qeyd edilən mərkəzin verdiyi statistikaya görə, indiyədək İŞİD-ə mənsub terrorist qruplarının caynağında olan 3500-ə yaxın yezidi kürdlərindən son neçə ay ərzində 1500-ü azad edilib. Son vaxtlar yezidi kürdlərinin başına gətirilən cinayətlər bəşəriyyətin tarixi faciəvi silsiləsində qeyd edilməlidir. Bu məzhəbi azlığın İraqın şimalı və Suriyada, həmçinin Türkiyənin cənub-şərqi və Qafqazda məskunlaşdığı qeyd edilir. Yezidilər dilcə kürd dilinin kermancı şivəsinə mənsub olub, İslamdan qabaq və sonrakı bir çox din və təriqətlərin ayin və etiqadlarını özündə cəmləyərək xüsusi spesifikliyi ilə seçilən bir xalqdır.
688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber