Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

Hava limanına pul yağdı

Türkiyənin İstanbul şəhərindəki “Atatürk” hava limanına pul yağıb.

Sərnişinlərin baqajlarını təyyarəyə daşıyan avtomobildən yerə düşən pulla dolu torba partlayıb.

Torbanın partlaması ilə 10 minlərlə lirə dəyərində kağız əsginazlar küləyin də təsiri ilə hava limanına səpələnib.

Hava limanı əməkdaşları və polis dərhal səpələnən pulu toplayıb.

Hava limanının polis bölməsinə aparılan pulların seriya nömrələri qeydiyyta götürülüb.

Hələlik pulların kimə aid olduğu bilinmir.

Faktla bağlı istintaq başladılıb və pulun sahibinin tapılması istiqamətində axtarışlar davam edir./ans/
683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
Go to TOP