Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

“Ölkədə hüquq, azadlıq və ədalət yoxsa, deməli, heç nə yoxdur”

“Hökumət mətbuatında dövriyyəyə buraxılmış “Maliyyə xəyanəti” söhbətinə diqqət etdiniz? Bəli, iş adamlarının kütləvi həbsini çəkinmədən belə izah etdilər ki, həmin adamlar “maliyyə xəyanətinə” yol verib”. Bu sözləri AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb. O daha sonra bildirib:

“Açıq etiraf edirlər ki, ölkədə yalnız bir nəfər əsl sahibkar var, qalanları, o cümlədən ictimaiyyətin yanlış olaraq oliqarx, ağır çəkili iş adamı zənn etdikləri isə sadəcə icraçı direktorlar və menecerlərdir. Müxtəlif sahələrin, obyektlərin idarə edilməsi müvəqqəti tapşırılır həmin menecerlərə. “Menecerlər”in nə qədər ki, işləri yaxşı gedir, istədiklərini edə bilirlər. Necə deyərlər, “kəsdikləri başın sorğu-sualı olmur”. Nə vaxt ki, “menecerlər” çaşaraq özlərini də sahibkar gözündə görürlər, ya da əliuzunluq edirlər onda onlarla indi olduğu kimi, "Bandotdel" məşğul olur.

Heç kim özünü aldatmasın, “mən yaxşı yaşayıram, mənə nə?” deməsin. Bir ölkədə hüquq, azadlıq və ədalət yoxsa, deməli, heç kimin heç nəyi yoxdur”.
596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06