Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Orqanizmimizin pendir ehtiyacı

Pendir diş çürüklərininqarşısını alır

O, kalsium, minerallar, zülallarbaxımından zəngin olanqidadır. Onun istehlakının ağız və diş sağlamlığına müsbət təsiri vardır. Xüsusilə diş çürümələri zamanı əhəmiyyətli ölçüdə qoruyucu xüsusiyyəti olan pendiri kiçik yaşdan etibarən uşaqlara sevdirmək, onu gündəlik istehlak edilən qidalar sırasına mütləq əlavə etmək gərəkdir.

Dişlərimizi fırçalamadığımızda pendir yeyərək diş çürümələrinin qarşısını ala bilərik.

Bir parça pendirin içərisində olan kalsium, fosfor mineralları, yağda əriyən "A”, "D”, "E”, "K” vitaminləri və suda əriyən "B2” maddəsi ilə turşu meydana gəlməsinin qarşısını almış oluruq. Sağlam bir ağız, diş və sümük quruluşu üçün tərkibində saxladığı bütün maddələrlə birgə misilsiz bir qoruyucu olan pendirdən sevə-sevə istifadə edə bilərik.

Diş mütəxəssisləri də qəbul etdiyimiz yemək və içkilərin ağızdakı turşu miqdarını artırdığını və bu turşunun dişin sərt toxumalarının quruluşunun pozulmasına və çürüklərə səbəb olmasına gətirib çıxardığını bildirirlər.

Yeməklərdən sonra pendir qəbul edilməsi ağızda turşunun meydana gəlməsinin qarşısını alacaq və tüpürcək sekresiyasını artıracaqdır. Pendir çürüməkdə olan dişlərdə çürümə prosesini dayandıracaq, tüpürcək sekresiyasının artmasına səbəb olması ilə isə çürük meydana gəlmə ehtimalını xeyli azaldacaqdır.

El məsəlinə görə, dərinin saxladığı pendir insan orqanizmini əvəzsiz, həyat qədər dəyərli olan vitamin örtüyü ilə əhatələməsi səbəbindən onun əhvalını, həyat tonusunu qaldırır, beləliklə də onu uzunömürlülər sırasına qatmış olur./starxəbər/
1922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber