Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

Rus "ayı"ları qorxu saçdı

Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Typhoon" qırıcı təyyarələri iki Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərinə yaxınlaşması ilə bağlı göyə qaldırılıb.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın “Ayı” şərti adı ilə tanınan "Tupolev 95" strateji bombardmançı təyyarələri yenə də Şotlandiya yaxınlığında qeydə alınıb. Sərhədin pozulması baş verməyib və iki Rusiya bombardmançı təyyarəsi təhlükə təşkil etməyib.

Hərbi ekspertlərin fikrincə, Britaniya Rusiya təyyarələrinin belə “əzələ nümayişi”nə çoxdan öyrəşib. Təyyarələrin hava məkanına indiki yanaşması NATO-nun regiondakı təlim məşqləri ilə eyni vaxta düşüb.

Xatırladaq ki, NATO hazırda təlimlərə başlayıb və Rusiya tərəfindən tətbiq edilən “hibrid müharibə” taktikasına qarşı tədbirləri öyrənir./ans/
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP