Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

Bakıda 50 yaşlı kişini borc üstündə döydülər

Bakının Binəqədi rayonunda borc üstündə 50 yaşlı kişi döyülüb.

Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən verilən məlumata görə, hadisə bu gecə saat 01 radələrində qeydə alınıb.

Gecə saatlarında 5-ci polis bölməsinin qarşısında 50 yaşlı Əbülfət Mehdiyev döyülüb.

Hadisəni araşdıran bölmənin baş təhqiqatçısı, polis mayoru Mirsəlim Seyidovun verdiyi məlumata görə hadisə borc üstündə baş verib.

“Əbülfət Mehdiyevin borcu olub. Təminən 10 manat borcu olub. Onu döyəni də müəyyən etmişik. İstintaq sirri olduğu üçün hələlik onun adını açıqlamaq istəmirəm”, - deyə Mirsəlim Seyidov bildirib./ans/
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP