Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

Meriyadan Milli Şuraya daha bir qanunsuz cavab

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının 24 maya təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Cavab bu dəfə də əvvəlki iki aksiya ilə bağlı müraciətə verildiyi kimidir. BŞİH yenə də mitinqin təyin edildiyi gündə keçirilməsinə razılıq verməyib. Cavab məktubunda göstərilir ki, Milli Şura aksiyasını mayın 23-də keçirə bilər. Məktubda qeyd olunub ki, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğundur.

Xatırladaq ki, BŞİH bununla üçüncü dəfədir ki, Milli Şuranın mitinqini təyin edildiyi gündə - bazar günü keçirməsinə razılıq vermir, aksiyanın vaxtını şənbə günlərinə dəyişdirməyi istəyir.

Milli Şura BŞİH-in bu addımını Sərbəst toplaşmaq haqqında qanunu pozmaq kimi qiymətləndirir. Milli Şura buna görə BŞİH-i məhkəməyə də verəcəyini bəyan edib./azadlıq/
669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber