Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

Türkiyədə avtomobil zavodlarında tətil

Türkiyədə “Fiat” və “Renault” avtomobil zavodlarının fəhlələri tətil elan edib.

Reuters agentliyinin verdiyi məlumata görə, “Renault”-un Bursa şəhərindəki müəssisəsi işini dayandırmalı olub.Tətildə 2 500 fəhlənin iştirak etdiyi bildirilir.

Bir qədər sonra tətilə İtaliyanın “Fiat” və “Koç Holding” –in müştərək müəssisəsi olan “Tofas” zavodunun işçiləri qoşulub.

Fəhlələr əmək haqqının aşağı, əmək şəraitinin isə pis olmasına etiraz olaraq tətil keçirirlər./apa/
596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP