Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

“Koalisiyanı quranlar İŞİD-i dəstəkləyir”

İraq prezidenti İrana səfəri çərçivəsində iki ölkə arasındakı əlaqəlrin möhkəmliyindən söz açıb.

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə bu ölkəyə səfər edən İraq prezidenti Fuad Məsum qarşılıqlı görüş zamanı təhlükəsizlik, terrorizmlə mübarizə, eləcə də iqtisadiyyat və mədəniyyət sahələrindəki əməkdaşlıqlarından danışıblar.

İranın “İRİB” dövlət televiziyasına müsahibə verən Fuad Məsum bu ölkənin İraqa təkcə sözdə yox, həm də əməldə kömək etdiyini dilə gətirib və bu sahədə əlaqələrin davam edəcəyini vurğulayıb.

“Bildirmək istəyirəm ki, İraq İranın regiondakı strateji təhlükəsizlik proqramının bir hissəsidir. Bizim coğrafi və məzhəb baxımından yaxınlığımız İŞİD-lə mübarizə aparmağımızda xüsusi rol oynayır. İran Qərb ölkələrinin İŞİD-lə mübarizə üçün qurduğu koalisiyanın əsl məqsədlərindən şübhələnir. Çünki bu koalisiyada yer alan bəzi dövlətlər bu və ya digər şəkildə İŞİD-i dəstəkləyir, “cihadçı”ların Yaxın Şərqdə fəallaşması üçün maraq göstərirlər. Maraqlısı isə budur ki, koalisiyanı quran bir çox ölkə İranın onların aralarına qatılmasına qarşı çıxır”, - deyə F.Məsum bildirib.

Qeyd edək ki, bu, İraq prezidentinin ötən il yayda iqtidara gəlməsindən sonra İrana ilk səfəridir.
641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP