Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

ABŞ məhkəməsi Cohar Tsarnayevə ölüm hökmü çıxarıb

Məşhur çeçenə ölüm hökmü
Tsarnayevə verilmiş maddələrdən 17-si ölüm cəzasını nəzərdə tuturdu
ABŞ-ın Boston şəhər məhkəməsi terrorçuluqda ittiham edilən Cohar Tsarnayevə ölüm hökmü qərarını çıxarıb.

Ölüm hökmünün çıxarılması üçün 12 məhkəmə iclasçısının hamısının razılığı tələb olunurdu.

Belə ki, əgər onlardan biri etiraz etsəydi, Çeçenistan Respublikasından olan 21 yaşlı Tsarnayev ömürlük həbsə məhkum ediləcəkdi. Apreldə məhkəmə iclasçıları federal prokurorlar tərəfindən irəli sürülmüş 30 ittihamın hamısında Tsarnayevi günahkar kimi tanıyıb. Ona verilmiş maddələrdən 17-si ölüm cəzasını nəzərdə tuturdu.

Qeyd edək ki, 2013-cü il aprelin 15-də Boston marafonunun finişində törədilən partlayışların qurbanı üç insan olub, 264 nəfər yaralanıb. Partlayıcı maddəni Cohar Tsarnayev və onun böyük qardaşı polislə atışmada həlak olan Tamerlan işə salmışdı. Cohar Tsarnayev bir polisin qətlində də günahkar bilinir./ans/
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41