Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

SOCAR rəsmisi özünü ifşa etdi

«İstehsal edilən benzinin keyfiyyəti elə də yüksək deyil»

Davud Məmmədov: «Xaricə benzin satmaq bizə faydalı deyil, çünki daxili bazarda o çox bahadır»

“Azərbaycanda benzinə tələbat artır. Belə davam etsə, 2017-ci ildə bu tələbatı ödəmək mümkün olmayacaq. Ona görə mövcud müəssisələr yenidən qurulmalı və müasirləşdirilməlidir”. SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədov belə deyib.
Qeyd edək ki, H.Əliyev adına Bakı Neft Emalı zavodu ölkədə yeganə NEZ-dir (yanacaq üzrə ixtisaslaşıb). Bu il yanvarın 1-dən “Azərneftyağ” (yağ istehsalı üzrə ixtisaslaşıb) onun tərkibinə daxil edilib.
Davud Məmmədov deyib ki, hazırda Azərbaycanda neft emalı həcmi ildə 6,5 mln tondur. Benzin istehsalı həcmi isə 1,4 mln tondur. Bu həcm daxili bazara yönəldilir.
2014-cü ilin aprelindən SOCAR neft ixrac etmir.
“Benzin ixracı bizə faydalı deyil. Çünki istehsal edilən benzinin keyfiyyəti elə də yüksək deyil - ”avro-2" standartına uyğundur. Digər tərəfdən, daxili bazarada o çox bahadır", - deyə Davud Məmmədov izah edib.
Onun sözlərinə görə, hazırda ölkədə yalnız AI-92 istehsal edilir. AI-95 və Ai-98 markalı benzini isə SOCAR və “Azpetrol” idxal edir.
“Gələcəkdə AI-95 istehsalını bərpa etmək istəyirik. H.Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulması planı hazırlanıb. 2018-ci ildə ölkədə ”avro 5" standartına uyğun AI-92 və AI-95 istehsal ediləcək", deyə Məmmədov vurğulayıb
D.Məmmədovun etirafı bir neçə aspektdən maraq doğurur. Əvvəlla onu qeyd edək ki, SOCAR rəsmisi etiraf edir ki, istehsal edilən benzinin keyfiyyəti elə də yüksək deyil və “avro-2" standartına uyğundur. Daha bir etiraf isə budur ki, daxildə benzin daha baha qiymətə satıldığından bu tendensiya ARDNŞ-ə sərf edir. Çünki dünyada neftin qiymətinin düşməsinin fonunda yanacağın da qiyməti əksər ölkələrdə endirilib. Amma sanki Azərbaycan dünyadan kənar bir dövlətdir. Azərbaycanın özünün satdığı neftin qiyməti düşsə də bu, ölkə daxilində benzinin qiymətinə təsir etməyib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, D.Məmmədovun belə bir etiraf etməsi maraq doğurur. Çünki R.Abdullayev özü dəfələrlə bəyan edib ki, Azərbaycanın istehsal etdiyi benzin keyfiyyətlidir və uğurla dünya bazarına ixrac edilir. Benzinin ixracının azalmasının bir səbəbinin də Azərbaycanın hasilatının aşağı düşməsi olduğunu deyən M.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan xaricə nefti xam şəkildə göndərir: “Həqiqətən də maraqlıdır, Nəyə görə SOCAR rəhbərliyi əvvəl keyfiyyətli benzin istehsal etdiklərini bəyan edirdi, indi isə etiraf edilir ki, bu benzin keyfiyyətli deyil. Azərbaycandakı neft emalı zavodları sovetdən qalmadır. Ilk dəfədir eşidirəm ki, bir şirkət öz istehsal etdiyi benzinə keyfiyyətsiz desin. Görünür, bunun arxasında nəsə müəmma var”./azadlıq/
662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 20:06